"Fənərbaxça" dərdini Dərdiyokla çözəcək
Avropa Liqasında mübarizəsini davam etdirən Türkiyənin "Fənərbaxça" klubu qışda ilk transferini reallaşdırıb. Artıq "sarı lacivərdli" komanda Bundesliqa təmsilçisi "Hoffenhaym"ın türk əsilli futbolçusu Ərən Dərdiyokla anlaşıb. Həm İsveçrə, həm də Türkiyə vətəndaşlığı olan Dərdiyokun gələn ay İstanbula gedəcəyi bildirilir. Lakin "Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna nə qədər pul ödəyəcəyi açıqlanmayıb.
Qeyd edək ki, bu mövsüm "Hoffenhaym"ın heyətində 13 oyuna çıxan Dərdiyok 1 qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə ilə yadda qalıb(qol.az).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11