İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir. "Barselona" klubu isə səfərdə "Kordoba" ilə üz-üzə gəlib. Lionel Messinin hər iki hissədə vurduğu bir qol "Barselona"ya qələbə qazandırıb - 2:0. Səfərdə "Malyorka"nın qonağı olan "Sevilya" rəqibini darmadağınla yola salıb. Bu görüşdə 5:0 hesabı ilə qələbə qazanan Sevilya təmsilçisi cavab oyunu öncəsi böyük üstünlük əldə edib. Doğma azarkeşləri önündə "Qetafe" ilə qarşılaşan "Atletiko" (Madrid) klubu rəqibinə heç bir şans verməyib. Fasiləyə 1:0 üstün yollanan Madrid təmsilçisi ikinci hissədə rəqibini daha iki dəfə məyus edib - 3:0. Qeyd edək ki, 1/8 final mərhələsinin qalan iki oyunu bu axşam keçiriləcək.