Böyükağa Hacıyev: ?Foqts gedib öz komandasının dərdini çəksin?
?Sabah səhər İtaliyaya yola düşürük. ?İnter?lə görüş bizim üçün çox vacibdir. Mən belə fikirləşirəm ki, ordan ən azı heç-heçə ilə qayıdacağıq. Çalışacağıq ki, uğurla başladığımız bu turniri yaxşı notlarla başa vuraq?.
Qol.Az saytına açıqlamasında bu sözləri ?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyev dekabrın 6-da İtaliyada?İnter?ə qarşı keçiriləcək oyun haqda danışarkən bildirib.
O qeyd edib ki, görüş ərəfəsində komandalarında bəzi futbolçuların zədəsi var: ?Təəssüf ki, bir neçə futbolçumuz zədəlidir. Bugünkü məşqimizdə İqor Mitreski və Flavinyo iştirak etmədi. Buna baxmayaraq, sabah onlar bizimlə birgə Milana uçurlar. Həkimlər çalışır ki, dekabrın 6-dakı oyuna onları hazırlaya bilsinlər?.
B.Hacıyev uzun müddət zədəli olan özbəkistanlı hücumçuları Bahadır Nasimovun ?İnter?lə oyunda iştirak edəcəyi haqda məlumatlara toxunub: ?Bahadırın meydana qayıtmağına hələ təxminən iyirmi gün var?.
O, millimizin baş məşqçisi Berti Foqtsun ?Neftçi? və ?Qarabağ? Azərbaycanın ən güclü komandaları olsa da, Premyer Liqada bir-birilərinə qarşı keçirdikləri son matçda cəmi 30-35 dəqiqə yaxşı oyun nümayiş etdirdilər? fikrinə də münasibət bildirib.
?Bu, Foqtsun fikridir. O, gedib öz komandasının dərdini çəksin. Biz 30-35 dəqiqə oynayırıqsa, onun komandası heç 10 dəqiqə də yaxşı oynamır. Komandası gəlsin, ?Neftçi? ilə oynasın, görək hansı daha güclüdür? ? deyə B.Hacıyev bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11