Türkiyə kubokunda IV turun oyunlarına start verilib. Bu gün səfərdə "Tokatspor"un qonağı olan "Mersin İdmanyurdu" rəqibini tək qolla keçib. Fasilədən sonra hesabı açan qonaqlar bu üstünlüklərini qorumağı bacarıblar - 1:0. Türkiyə Superliqasının hazırki lideri "Qalatasaray" kubokda da inamla irəliləyir. Öz meydanında "Balıkesirspor"la qarşılaşan "Cim Bom" rəqibinə heç bir şans verməyib - 4:1. Qeyd edək ki, kubokda qalan görüşlər bu axşam və sabah keçiriləcək.