"Barselona" və "Atletiko" rəqiblərini darmadağın etdi
İspaniya La Liqasında doğma azarkeşləri önündə "Sevilya"nı qəbul edən "Atletiko" (Madrid) klubu rəqibini darmadağınla yola salıb. Fasiləyə qədər 3 qol vuran Madrid klubu ikinci hissədə daha bir dəfə fərqlənib - 4:0.
La Liqanın hazırki lideri "Barselona" da turu qələbə ilə başa vurub. Səfərdə "Levante"ni 4 cavabsız qolla məğlub edən Kataloniya təmsilçisi "Real" (Madrid) klubu ilə xal fərqini 11-yə yüksəldib.
Qeyd edək ki, XIII tura bu axşam keçiriləcək "Saraqoza" - "Selta Viqo" oyunu ilə yekun vurulacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11