Bu gün Bakıda Avropa Liqası turniri çərçivəsində Serbiyanın "Partizan" klubunu qəbul edəcək "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev meydana fərqli taktika ilə çıxacaqlarını bildirib. "Həmişə olduğu kimi yenə də meydana qələbə üçün çıxacağıq. Mən komandamda motivasiya aşılamağa çalışıram. "Partizan"a qarşı matçda fərqli takika ilə oynayacağıq", - deyə "Neftçi"nin baş məşqçisi bildirib.