İspaniya La Liqasında XII turda dünən 5 qarşılaşma keçirilib. Səfərdə "Deportivo"nun qonağı olan "Levante" inamlı qələbə qazanıb. Rəqibini 2:0 hesabı ilə qələbə qazanan "Levante" xalını 20-yə yüksəldib. Madrid "Atletiko"su da turu qələbə ilə başa vurub. Səfərdə "Qranada" ilə qarşılaşan "Atletiko" rəqibini tək qolla keçib. Arda Turanın matçın 61-ci dəqiqəsində vurduğu qol Madrid təmsilçisinə qələbə qazandırıb - 1:0. Qeyd edək ki, XII tura bu axşam keçiriləcək "Real" (Sosyedad) - "Rayo Valyekano" matçı ilə yekun vurulacaq.