Türkiyə Superliqasında növbəti dəfə baş məşqçi istefa verib. Mia.az xəbər verir ki, ?İstanbul BB? klubunun baş məşqçisi Karlos Karvalhal son turda "Karabükspor"a 3-1 hesablı acı məğlubiyyətdən sonra vəzifəsindən imtina edib. Klubdan verilən açıqlamada isə müqaviləyə qarşılıqlı şəkildə xitam verildiyi bildirilib. Xatırladaq ki, portuqaliyalı mütəxəssis İstanbul klubuna mövsümün əvvəlində gəlmişdi. O, bundan əvvəl "Beşiktaş"ı da çalışdırıb.