Bu gün Avropa Liqasının qrup mərhələsində "Neftçi" klubu növbəti matçına çıxıb. Son Azərbaycan çempionu doğma azarkeşləri önündə Rusiyanın "Rubin" (Kazan) klubunu qəbul edib. Səfərdə rəqibini 0:1 hesabı ilə uduzan "Neftçi" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Flaqman səfərdə olduğu kimi, doğma meydanda da rəqibinə 0:1 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Neftçi" Avroliqada növbəti matçını noyabrın 25-də, Bakıda Serbiyanın "Partizan" klubuna qarşı keçirəcək.