Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV turun növbəti oyunları keçirilib. A qrupunun lideri "Portu" klubu səfərdə Kiyev "Dinamo"sunun qonağı olub və bu görüşdə hesab açılmayıb - 0:0. Digər oyunda isə PSJ öz meydanında "Dinamo" (Zaqreb) klubunu darmadağın edib - 4:0. B qrupunda "Şalke" doğma meydanda İngiltərənin "Arsenal" klubu ilə qarşılaşıb və bu oyunda qalib müəyyənləşməyib - 2:2. Qrupun autsayderləri "Olimpiakos" və "Monpelye" komandaları Yunanıstanda üz-üzə gəliblər. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 3:1. C qrupunun maraq doğuran görüşlərindən biri Milanda baş tutub. Burada yerli "Milan" klubu "Malaqa" ilə qarşılaşıb və 1:1 bərabərə qalıb. Digər oyunda isə "Zenit" Belçikada "Anderlext"lə münasibətlərinə aydınlıq gətirib. Peterburq təmsilçisi növbəti dəfə meydanı məğlub tərk edib - 0:1. D qrupunda "Mançester Siti" klubu doğma azarkeşləri önündə "Ayaks"ı sınağa çəkib və meydandan sülhlə ayrılıb - 2:2. Günün ən maraq doğuran oyunu isə Madriddə keçirilib. Burada yerli "Real" klubu "Borussiya" (Dortmund) komandasını qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib - 2:2. Qeyd edək ki, IV turun qalan görüşləri sabah axşam keçiriləcək.