Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub. Doğma azarkeşləri önündə "Kasımpaşa"nı qəbul edən "Bursaspor" görüşü xalsız tərk edib. Fasiləyə 1:1 hesabı ilə yollanan Bursa təmsilçisi sonda məğlubiyyətdən qurtula bilməyib - 1:2. Səfərdə "Antalyaspor"un qonağı olan "Trabzonspor" da turu xalsız başa vurub. Fasiləyə 1:0 üstün yollanan Trabzon təmsilçisi ikinci hissədə qapısında iki top görüb - 1:2.