"Xəzər Lənkəran"dan darmadağın, "Qarabağ" üçüncü pillədə!
Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Premyer Liqanın hazırki lideri Bakının "İnter" klubu səfərdə "Sumqayıt"ın qonağı olub və oyunda hesab aşılmayıb ? 0:0
Çempionatın digər lideri Zaqatalanın "Simurq" klubu bu tur Tovuza səfər edib. Ötən turda "Neftçi"yə uduzan "Simurq" "Turan"la görüşdə qələbə qazanmaq niyyətində olsa da, matç 1-1-lik bərabərliklə bitib.
Günün maraq doğuran oyunu Bakıda baş tutub. Burada Ağdamın "Qarabağ" klubu paytaxtın AZAL komandasını qəbul edib. "Qarabağ" bu oyundan qalib ayrılmaqla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib ? 2:0.
Tura Lənkəranda yekun vurulub. Ötən turda "Sumqayıt"la görüşdə vacib iki xal itirən "Xəzər Lənkəran" klubu bu dəfə doğma meydanda "Rəvan"la qarşılaşıb. Cənub komandası rəqibi darmadğın edib ? 4:0.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11