Türkiyə Super Liqasında növbəti turda "İstanbul BB" klubunun qonağı olan "Qalatasaray" 3-1 hesabı ilə qələbə qazanmaqla, noyabrın 7-də Çempionlar Liqasındakı ?Kluj? maçtına rahat getmək fürsəti əldə edib. Mia.az-ın məlumatına görə, oyundan sonra açıqlama verən Fateh Terim deyib ki, bu qələbə onlara qarşıdakı ?Kluj? maçtında ruh verəcək: ?Artıq bu qələbəni unudub, Çempionlar Liqasındakı vacib oyunumuza hazırlaşacağıq. Bizim o mötəbər liqadakı oyunumuzla nəticələrimiz bir-birinə adekvat deyil. Amma hələ heç nə bitməyib. ?Kluj? ?Braqa? və bizdən fərqli olaraq ?Mançester Yunayted?dən sonra qrupun 2-cisi kimi daha irəlidə görünür. Amma bu, hələ heç nə demək deyil. Qarşıda 3 oyun var. Rumıniyada qələbə qazanıb, önümüzə baxacağıq?. Onu da qeyd edək ki, dünən ?Kayserispor? da ?Karabükspor?u qəbul edib və 3-0 hesabı ilə qələbə qazanıb.