Bu gün Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilib. Turun ilk qarşılaşması Şəfa stadionunda baş tutub. Burada yerli "İnter" komandası Gəncənin "Kəpəz" klubunu sınağa çəkib. Erkən qolla hesabda geri düşən "İnter" oyunda dönüş yaradaraq qələbə qazanmağı bacarıb - 3:1. Paytaxt derbisində isə AZAL doğma meydanda "Bakı" ilə qarşılaşıb. Ötən turda meydanı 1 xalla tərk edən hər iki komandanın dueli böyük maraq doğururdu. Görüş 2:1 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb. Qeyd edək ki, Premyer Liqada XI tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.