"Fənərbaxça" darmadağın oldu; Keçmiz oyunçusu son qolu vurdu
Futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulub. Son oyun günündə doğma azarkeşləri önündə "Antalyaspor"la qarşılaşan "Fənərbaxça" klubu turu xalsız başa vurub.
Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "sarı lacivərdlilər" ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Daha doğrusu, Mussa Sounun ikinci hissənin ilk dəqiqələrində atdığı qolla ümidlənən Aykut Kocamanın yetirmələrinin bərabərlik qolunu vurmağa gücləri yetməyib. Tam əksinə, 80-ci dəqiqədə sabiq ?Fənər?li Kocamanın komandasını cəzalandırıb. Dəniz Barışın vurduğu üçüncü qol sayəsində ?Antalyaspor? ?Qalatasaray?la xalını bərabərləşdirib, liderliyə şərik olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11