?Qırmızı Şeytan?lar ?çelsi?ni əzdi; Hakim ?çelsi?dən 2 oyunçunu qovdu
İngiltərə çempionatında derbinin qalibi ?Qırmızı Şeytanlar? oldu.
Mia.az xəbər verir ki, bugünkü derbidə ?Mançester Yunayted? lider ?Çelsi? ilə səfərdə qarşılaşıb. İlk dəqiqələrdən hücumlar edən ?Qırmızı Şeytan?lar 4-cü dəqiqədə ?Çelsi?nin qapısına yol tapıb. Daha dəqiqi, ?Çelsi?li David Luiz avtoqola imza atmaqla qonaqları önə çıxarıb. Lider özünə gəlməmiş ?Mançester? 2-ci topu vurub. Qonaqların 12-ci dəqiqədə vurduğu qola ev sahibləri 44-də Xuan Matanın təsəlli qolu ilə cavab veriblər.
İkinci hissəyə istəkli başlayan ev sahibi ?Çelsi? aradığı qolu 53-cü dəqiqədə Ramireslə tapıb ? 2:2.
Bu qoldan sonra basqılarını artıran qonaqların hücumları qarşısında duruş gətirə bilməyən lider komandanın oyunçusu Branislav Ivanovic 63-də qırmızı kartla meydandan qovulub. 69-da isə Torres ikincim sarı kartla meydandan qovulub.
Yaranmış fürsətdən istifadə edən ?Mançester? 75-ci dəqiqədə qələbə qolunu vurub- 2:3.
Bu qələbə sayəsində xalını 21-ə çatdıran ?Mançester Yunayted? ?Mançester Siti? ilə 2-ci və 3-cü yerləri bölüşürlər. Liqada ilk məğlubiyyətini alan ?Çelsi?isə 22 xala liderdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11