?Neftçi?də kütləvi istefa
Azərbaycan Premyer Liqasının onuncu turunda ?Rəvan?a qarşı keçirilən oyundan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla ?Neftçi?nin məşqçilər korpusu, o cümlədən başda vitse-prezident Tahir Süleymanov olmaqla klub rəhbərliyi istefa verib.
Qol.Az-ın məlumatına görə, buna komandanın ölkə çempionatındakı ardıcıl məğlubiyyətləri səbəb olub. Bu gün ?Neftçi? ?Rəvan?a da 0:2 hesabı ilə uduzub. On turdan sonra 12 xalı olan paytaxt təmsilçisi yeddinci yeri tutur.
Qeyd edək ki, istefa qərarı ilə bağlı son sözü ?Neftçi?nin prezidenti Sadıq Sadıqov deyəcək.
Məsələ ilə əlaqədar S.Sadıqovun özü və ?Neftçi? rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb.
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Böyükağa Hacıyevin ?Rəvan?a məğlubiyyətdən sonra mətbuat konfransında qatılmamasının da əsas səbəbi məhz istefa verməsidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11