Türkiyə Superliqasında son Türkiyə çempionu "Qalatasaray" klubu uzun fasilədən sonra qələbəyə sevinib. Öz meydanında "Kayserispor"la qarşılaşan "Cim Bom" rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0. Qollari Umut, Kris və Burak vurublar. Bu qələbə ilə "Aslanlar" liderliyini möhkəmlədiblər. Digər qarşılaşmada səfərdə "Mersin İdmanyurdu"nun qonağı olan "İstanbul BB" görüşdən xalsız ayrılıb. Rəqibini Nobrenini 2 cavabsız qolu ilə məğlub edən meydan sahibləri mövsümdə ilk qələbəsini qazanıb - 2:0.