"Beşiktaş", nəhayət, Türkiyə Super liqasında bir-birinin ardınca uğradığı bərabərlik və məğlubiyyətlər seriyasına son qoyub. Dünən səfərdə "Kasımpaşa" ilə qarşılaşan "qara qartal" rəqibini 3:1 hesabı ilə məğlub edib. Almeyda, Fernandes və Sivoklun vurduğu qollara ev sahibi Özərin təsəlli qolu ilə cavab verə biliblər. Bununla da ?Beşiktaş? üç maçtlıq məğlubiyyət tilsimini qırmış olub. Turun digər qarşılaşmasında "Elazığspor"un qonağı olan "Eskişehirspor" klubu rəqibin müqavimətini qıra bilməyib. Əgər ?Eskişehirspor" bu oyunda qələbə qazansaydı, oyun artıqlığı ilə lider kürsüsünə yerləşə bilərdi. Amma hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar.