"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo dünən ÇL-in qrup mərhələsi çərçivəsində Dortmund "Borussiya"sına məğlubiyyəti şərh edib. Portuqaliyalı mütəxəssis komandasının böyük təzyiq altında oynadığını bildirib. "Böyük təzyiq altında oynadıq. Buna görə də oyuna köklənməklə çətinlik çəkdik. Əlimizə düşən şanslardan da yararlana bilmədik. Uduzduq, ancaq bu dramatik bir hadisə deyil. Bu qrupda arxayınçılığa yer yoxdur. Hazırda qrupda ikinci pillədə qərarlaşmışıq. Növbəti oyunlardan ikisini evdə keçirəcəyik. Bu da bizə əlavə üstünlük verəcək". Qeyd edək ki, səfərdə "Borussiya" 1:2 hesabı ilə uduzan "Real" liderliyi Almaniya təmsilçisinə verib.