Fatih Terim yenə inadkar açıqlama verdi
?Qalatasaray?ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında ?Kluj? ilə oyundan sonra açıqlama verib. Təcrübəli mütəxəssis səfərdə qələbənin mütləq olduğunu bildirib:
?Bu, meydana girən komandalar, 1 xala razı olan komandalar üçün idealdır. Avropada yağışdan zövq alınan meydanda biz dərd yaşadıq. Avropada hər gün yağış yağır ? bir şey olmur, amma bizdə biabırçılıq olur. Oyun oynamaq olmur. 93 dəqiqə bizim qapıya tərəf bir top da vurmadılar. Çox təəssüf ki, hərdən elə şeylər olur ki, izah etmək olmur. Oyunçularım çox dirəndilər, amma alınmadı.
Biz axırıncı yerdəyik. Burada qazana bilmədiyimizi səfərdə qazanmalıyıq. Burada qazansaydıq, səfərdə bizə qalib gəlmək istəyəcəkdilər, indiki heç-heçə isə onlara sərf edir. Biz çox asan, gülməli, maraqlı qol ?yedik?, belə şeylərə söz tapmaq olmur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11