Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində E qrupunda İtaliya nəhəngi "Yuventus" səfərdə Danimarkanın "Nordsjaelland" klubu ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. ÇL-in son qalibi "Çelsi" klubu isə Ukraynada "Şaxtyor"un qonağı olub və 1:2 hesabı ilə uduzub. [b]F qrupu[/b]nda autsayder Fransanın "Lill" klubu ÇL-in son finalisti "Bavariya"nı qəbul edib. Müllerin 20-ci dəqiqədə vurduğu yeganə qol Münhen təmsilçisinə qələbə qazandırıb - 1:0. Qrupun lideri BATE (Belarus) klubu doğma azarkeşləri önündə "Valensiya"nı sınağa çəkib. "Yarasalar" meydan sahiblərini böyükhesabla məğlubiyyətə uğradıb - 3:0. [b]G qrupu[/b]nun ilk qarşılaşması Moksvada baş tutub. Burada yerli "Spartak" klubu "Benfika" (Portuqaliya) komandası ilə üz-üzə gəlib. Moskva təmsilçisi çətin qələbəyə sevinib - 2:1. "Barselona" isə "Nou Kamp"da Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb və son saniyələrdə gələn qolla görüşdən 3 xalla ayrılıb - 2:1. [b]H qrupu[/b]nda Türkiyənin "Qalatasaray" klubu ÇL-də 3-cü matçına çıxıb. Son Türkiyə çempionu evdə Rumıniyanın "ÇFR Kluj" klubunu sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. İngiltərənin "Mançester Yunayted" klubu doğma meydanda Portuqaliya "Braqa"sı ilə münasibətlərinə aydınlıq gətirib. Mançester təmsilçisi bu görüşdə əzmkar qələbə qazanıb - 3:2.