UEFA Avropa Liqasının qrup mərhələsində rəqib meydanda "Rubin"lə qarşılaşacaq "Neftçi" qonşu öləkəyə çatıb. Saat 16:00-da Bakı hava limanından təyyarə ilə yola düşən komanda jurnalistlərlə birlikdə Kazan hava limanına enib. Ancaq komanda aeroport işçiləri tərəfindən təzyiqlə üzləşib. Klubun legionerləri Vobay, Flavinyonun şəxsiyyət vəsiqələrində problem olmasa da onlara süni mane yaradılıb. Bu vəziyyətə görən "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov etirazını bildirərək bunun biabırçılıq olduğunu,"İstəyirsinizsə, geriyə dönək" ifadəsini işlədib. Ancaq problem həll ediləndən sonra komanda "Mirage" otelinə yollanıb. Qeyd edək ki, "Neftçi" sabah oyunun keçiriləcəyi mərkəzi stadionda açıq məşqə çıxacaq, həmçinin mətbuat konfransında jurnalistlərin sualları cavablandırılacaq. Bakı vaxtı ilə saat 20:30-da mətbuat konfransı, saat 21:00-da açıq məşq baş tutacaq. Supersport.Az