Məğlub "Qalatasaray" Rumın klubu ilə "ölüm-dirim" oyununa çıxacaq
Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun oyunlarına start veriləcək.
[b]E qrupu[/b]nda İtaliya nəhəngi "Yuventus" səfərdə Danimarkanın "Nordsjaelland" klubu ilə qarşılaşacaq. ÇL-in son qalibi "Çelsi" klubu isə Ukraynada "Şaxtyor"un qonağı olacaq.
[b]F qrupu[/b]nda autsayder Fransanın "Lill" klubu ÇL-in son finalisti "Bavariya"nı qəbul edəcək. Qrupun lideri BATE (Belarus) klubu doğma azarkeşləri önündə "Valensiya"nı sınağa çəkəcək.
[b]G qrupu[/b]nun ilk qarşılaşması Moksvada baş tutacaq. Burada yerli "Spartak" klubu "Benfika" (Portuqaliya) komandası ilə üz-üzə gələcək. "Barselona" isə "Nou Kamp"da Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq.
[b]H qrupu[/b]nda Türkiyənin "Qalatasaray" klubu ÇL-də 3-cü matçına çıxacaq. Son Türkiyə çempionu evdə Rumıniyanın "ÇFR Kluj" klubunu sınağa çəkəcək. İngiltərənin "Mançester Yunayted" klubu doğma meydanda Portuqaliya "Braqa"sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11