KiVDF-yə ayrılan pulun miqdarı məlum oldu
Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vəsaitinin məbləğini dəqiqləşib. Məlum olub ki, gələn il Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub.
Belə ki, 2013-cü ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) 3 milyon 896 min 800 manat vəsait nəzərdə tutulub.
Bu, ötən illə müqayisədə xeyli çoxdur. 2012-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılmışdı.
Modern.az büdcədən KİVDF-yə ayrılan vəsaitlə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlidən münasibət öyrənməyə çalışıb. V.Səfərli deyib ki, nə qədər çox vəsait ayrılarsa, o qədər yaxşıdır.
modern.az
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04