Futbol üzrə İspaniya La Liqasında VIII turun növbəti oyunları keçirilib. Səfərdə "Qetafe"nin qonağı olan "Levante" meydanı qələbə ilə tərk edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən xalını 13-ə yüksəldib. Madridin "Atletiko" klubu da turu qələbə ilə başa vurub. "Real" (Sosyedad) klubu ilə səfər qarşılaşmasında Radamel Falkaonun matçın 89-cu dəqiqəsində vurduğu qol Madrid təmsilçisinə qələbə qazandırıb - 1:0. Bu qələbə sayəsində Arda Turanla Əmrə Belözoğlunun çıxış etdiyi klub "Barselona" ilə liderliyi bölüşürlər. Qeyd edək ki, VIII tura bu axşam keçiriləcək "Sevilya" - "Malyorka" matçı ilə yekun vurulacaq.