Bu gün Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Moskvada oynanacaq Rusiya-Azərbaycan matçına satılan biletlərin sayı açıqlanıb. Məlumata görə, matça 30 min bilet satılıb. Azərbaycan tərəfi isə qonaqlar üçün nəzərdə tutulmuş sektora 300 bilet sifariş edib. Xatırladaq ki, Rusiya-Azərbaycan matçı bu gün 20:00-da start götürəcək.