Kapello: "Siz hesab edirsiniz ki, Azərbaycanla oyun asan olacaq?"
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello millimizlə oyunöncəsi mətbuat konfransı keçirib.
Mia.az-ın xəbərinə görə, Kapello deyib ki, Azərbaycan millisinin hörmətə layiq komandadır: ?Onlar İsraillə heç-heçə etdilər. Halbuki, həmin görüşdə qələbə də qazana bilərdilər. Portuqaliya ilə oyunda isə son dəqiqələrdə iki top buraxdılar. Üstəlik, onlar Moskvaya daha hazırlıqlı gəliblər. Çünki Azərbaycan millisi 3 gün əvvəl oyun keçirmədiyindən bizimlə oyuna hazırlaşmağa kifayət qədər vaxtları olub. İlk dəqiqələrdən qol vurmağa çalışmalıyıq. "Gec-tez vuracağıq" deyə, düşünmək olmaz. Ona görə də rəqibə qarşı ağıllı və aqressiv oynamalıyıq".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11