Brazilyadaki 2014 Dünya Çempionatına qatılma şansından böyük ölçüdə uzaqlaşan Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi gündəmə gəlib. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayın 16-da Macarıstanla oyundan da qələbə qazana bilmədiyi halda hazırkı məşqçi Abdullah Avçı yola salınacaq: ?Onun yerinə isə hazırda ?Orduspor?da böyük uğurlara imza atan məşhur məşqçi Hektor Kuper gətiriləcək. Federasiya rəhbərliyi argentinalı məşqçinin şərt qoyacağı təqdirdə ona hazırkı klubunu da çalışdırmağa imkan yaradacağı istisna deyil?.