Rusiyalı hücumçu futbolçularımızı təhqir etdi
"Əgər Azərbaycan yığmasına fikir versək, onda bizim dünya çempionatında nə işimiz var". Bu sözləri Rusiyanın "Sport-Uik-end" saytına Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya-Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirərkən Rusiya yığmasının sabiq hücumçusu Sergey Kiryakov bildirib.
"Mən Berti Foqtsu yaxşı tanıyıram. Ancaq bu cür mütəxəssis belə əlinin altında olan futbolçulardan normal komanda qura bilməz. Rusiya yığması səviyyəcə Azərbaycandan qat-qat yüksəkdir. Bizim yığmanın Azərbaycanla oyuna necə yanaşacağı çox önəmlidir. Portuqaliyaya qələbədən sonra Azərbaycanla oyunda xal itirsək bu gülünc olar", - deyə Sergey Kiryakov bildirib.
Xatırladaq ki, Rusiya-Azərbaycan matçı oktyabrın 16-da "Lujniki" stadionunda keçiriləcək. Qarşılaşma Moskva vaxtı ilə 19:00-da başlayacaq.
anspress
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11