"Neftçi" "inter"ə uduzdu, "Rubin" qazandı
Avroliqada ilk ev oyununa çıxacaq son Azərbaycan çempionu doğma meydanda İtaliya nəhəngi "İnter" klubunu qəbul edib. İlk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin Milan təmsilçisi sürpizə imkan verməyib. İlk hissədə 3 qol vuran "İnter" fasilədən sonra da üstünlüyünü qoruyub - 3:1 (Qollar: Felipe Koutinyo, 10 (0:1), Joel Obi, 30 (0:2), Marko Livaya, 42 (0:3), Nikolas Kanales, 54).
Qeyd edək ki, qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.
4 oktyabr
Avropa Liqasının qrup mərhələsinin II turun oyunları
H qrupu
21:00. "Neftçi" (AZƏRBAYCAN) - "İnter" (İtaliya) - 1:3
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11