İspaniya La Liqasında VI turun növbəti oyunları keçirilib. Öz meydanında "Levante"ni qəbul edən "Osasuna" rəqibini darmadağınla yola salıb. Rəqibini 4 cavabsız qolla məğlub edən "Osasuna" mövsümdə ilk qələbəsini qazanıb - 4:0. Səfərdə "Espanyol"la qarşılaşan "Atletiko" (Madrid) klubu rəqibi tək qolla keçib. Matçın 30-cu dəqiqəsində Raul Qarsiyanın vurduğu qol Madrid təmsilçisinə qələbə qazandırıb - 1:0. Bu qələbə sayəsində Arda Turanın komandası 2-ci pilləyə yüksəlib. Madridin "Real" klubu doğma meydanda "Deportivo" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 5:1 hesabı ilə darmadağın edən Joze Mourinyonun komandası xalını 10-ya yüksəldib. Qeyd edək ki, VI tura bu axşam keçiriləcək "Qetafe" - "Malyorka" matçı ilə yekun vurulacaq.