Fatih Terim "Milan"ın hədəfində
"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər. "Haberturk"ün məlumatına görə, türkiyəli mütəxəssislə "Milan" klubu yaxından maraqlanır.
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisi baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmaq niyyətindədir. Rəhbərlik komandanın baş məşqçi postuna "imperator" ləqəbli Terimi gətirməyi planlaşdırır. Lakin Terimin qışda "Milan"a keçidi mümkünsüz görünür. "Milan"ın Terimlə yalnız mövsümün sonunda anlaşa biləcəyi yazılır.
Qeyd edək ki, Fatih Terim 2001-2002-ci illərdə "Milan"ı çalışdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11