Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Son yarış günündə milli komandamızın üzvlərindən Azər Məmmədli körpücük üzərinə çıxıb. 0, +94 kq çəki dərəcəsində yarışıb. Mia.az xəbər verir ki, birdən qaldırma həkərətinə yaxşı başlayan gənc atletimiz əvvəlcə 143 kq, daha sonra isə 148 kq-ı başı üzərinə qaldırıb. Son yanaşmasında 150 kq-ı ram edə bilməyən Məmmədli, bu hərəkətdə 3-cü yerə çıxıb. Təkanla qaldırma hərəkəti də əla keçdi. Əvvəlcə 179 kq, daha sonra isə 185 kq-ı rahat qaldırmağı bacaran idmançımız, 188 kq sifariş verərək onu da ram etdi! ?Zirvə? İdman Klubunu yetirməsi bu nəticəylə təkanla qaldırma hərəkətində 2-ci yeri tutdu. Toplamda 336 kq (148 kq + 188 kq) nəticə göstərən Azər Məmmədli dünya çempionatının gümüş medalçısı oldu! Möhtəşəm nəticədir. Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurların davamının gəlməsini arzulayırıq!