Yoahim Löv Mourinyodan narazıdı
"Real" (Madrid) klubunun yarımmüdafiəçiləri - Məsut Özil və Sami Xediranın komandanın əsas heyətindən kənarda qalması Almaniya millisinin baş məşqçisi Yoahim Lövün narahatçılığına səbəb olub. Almaniyalı mütəxəssis Özil və Xediranın ehtiyatda oturmasının haqsızlıq olduğunu bildirib:
Mourinyonun almaniyalı iki futbolçuya əsas heyətdə şans verməməsinə münasibət bildirən Löv bu haqda belə danışıb: "Ötən mövsüm "Real"ın İspaniya çempionluğunu qazanmasında hər iki futbolçunun böyük payı olub. Ancaq bu mövsüm hər iki oyunçunun əsas heyətdən kənarda qalması düzgün deyil. Komandanın La Liqadakı uğursuz çıxışı Mourinyonun adı ilə bağlıdır. Bu uğursuzluq Özil və Xediraya aid edilə bilməz".
Qeyd edək ki, "Real" La Liqada 5 turdan sonra 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11