Futbol üzrə 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunmuş dünya çempionatı davam edir. C qrupunda ilk öncə meydana Meksika və Braziliya yığmaları çıxıblar. Görüş 1:0 hesabı ilə Braziliyanın xeyrinə başa çatıb. D qrupunda Uruqvay millisi Afrika təmsilçisi Qananı sınağa çəkib. Qana bu görüşdə böyükhesablı qələbəyə sevinib - 5:0.