Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Yığmamızın yer aldığı A qrupunda ilk matç Kanada və Kolumbiya arasında olub. İlk turda millimizi məğlub edən kolumbiyalılar bu dəfə özləri uduzub - 0:1. Azərbaycan yığması isə ikinci məğlubiyyətini alıb. Bu dəfə qızlarımız Nigeriyaya 0:11 hesabı ilə yenilib. Oyun Lənkəranda keçirilib. Maraqlıdır ki, bu oyun yeni rekordlara səhnə olub. Belə ki, nigeriyalı Çinvendu İhezuo dünya çempionatları tarixində penta-trik edən ilk futbolçu olub. Nigeriya yığması isə dünya çempionatları tarixində ən böyük hesablı qələbəni qazanıb.