"Simurq" yenidən zirvədə, "Qəbələ" və "Neftçi" məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunları keçirilib. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən "Simurq" doğma meydanda "Kəpəz"i qəbul edib. "Simurq" bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini möhkəmləndirəcəkdi ki, belə olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Simurq" xalını 14-ə yüksəldib.
Digər oyun Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" "Neftçi" ilə qarşılaşıb. Avroliqada yeganə təmsilçimiz olan "Neftçi" ölkə çempionatında da uğurlu çıxışını davam etdirmək niyyətindədir. Lakin "ağ qaralar" bu görüşdən məğlub ayrılıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən "Sumqayıt" mövsümdə ikinci qələbəsini qazanıb.
"Qəbələ" öz meydanında çempionatın autsayderi "Rəvan"ı qəbul edib. Fatih Kavlakın komandası qələbə qazanacağı təqdirdə ilk "altılıq"dakı mövqeyini qoruyacaqdı. Lakin rəqibi ilə bacarmayan Fatih Kavlakın komandası turu xalsız başa vurub - 1:2.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11