Bu gün futbol üzrə Topaz Premyer Liqasında 6-cı turunun oyunlarına start verilib. Turun ilk oyun günündə iki qarşılaşma baş tutub. Sumqayıtda keçirilən oyunda AZAL ?İnter?lə qarşılaşıb. Komandalarən səylərinə rəğmən matçda hesab açılmayıb. Ağdamın ?Qarabağ? klubu isə Tovuzda yerli ?Turan?la üz-üzə gəlib. Bu görüşdə idman fortunası qonaqların üzünə gülüb. Oyunun sonuna yaxın Rəşad Sadıqov penalti zərbəsini dəqiq yerinə yetirməklə komandasına qələbə qazandırıb. AZAL ? ?İnter? 0:0 ?Turan? ? ?Qarabağ? - 0:1 R.Sadıqov, 87 (pen.)