Yunis Hüseynov istefa verdi, ?Xəzər Lənkəran? razılazmadı
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. O, bununla bağlı qərarını bu gün "Simurq"a qarşı keçirilən Premyer Liqanın oyunundan sonra açıqlayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" bu gün "Simurq"a 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi beş oyundan sonra beş xalla turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb.
?Xəzər Lənkəran? rəhbərliyi isə komandanın baş məşqçisi Yunis Hüseynovun istefa verməsinə münasibət açıqlayıb. Klubun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, istefa qəbul olunmayıb və olunmayacaq.
?Biz belə bir qərar verməyəcəyik. Yaxşı olardı ki, məşqçilər korpusu istefa verməkdənsə, komandanın uğursuz çıxışlarının səbəbini təhlil edib araşdırsın. Komandanın düşdüyü bu durumdan çıxarmaq üçün klub rəhbərliyinin baş məşqçiylə görüşü olacaq. Biz birılikdə yaranmış vəziyyətdən çıxış yolu axtaracağıq? ? deyə T.Nadirov bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11