"Xəzər Lənkəran" qarşıdakı iki ev oyununu Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Klubun rəsmi saytında yayılan məlumata görə, buna səbəb Azərbaycanda U-17 qızlar arasında keçiriləcək dünya çempionatının bir neçə oyununun ?Xəzər Lənkəran? mərkəzi stadionuna salınması ilə bağlıdır. Həmin oyunlardan birincisi IV turdan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" görüşüdür. Bu matç sentyabrın 20-də saat 17:00-da keçiriləcək. Digər oyun isə Premyer Liqanın VI turu çərçivəsində "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasıdır. Bu görüş də sentyabrın 25-də həmin məkanda və eyni vaxtda keçiriləcək. Qeyd edək ki, "Xəzər Lənkəran" - "Simurq" matçının daha öncə Zaqatala şəhər stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu.