Bu gecə çempionlar Liqasında 8 qarzılazma keçiriləcək
Bu axşam Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək. A qrupunda Zaqreb "Dinamo"su öz meydanında "Porto" (Portuqaliya) klubunu qəbul edəcək. Digər görüşdə isə PSJ (Fransa) evdə "Dinamo" (Kiyev, Ukrayna) qarşılaşacaq.
[b]B qrupunda[/b] "Arsenal" (İngiltərə) səfərdə "Monpelye" (Fransa) klubunun qonağı olacaq. Qrupun digər matçında isə Yunanıstanın "Olimpiakos" klubu doğma meydanda "Şalke" (Almaniya) münasibətlərinə aydınlıq gətirəcək.
[b]C qrupunda[/b] İtaliya nəhəngi "Milan" öz meydanında "Anderlext"i (Belçika) sınağa çəkib. Rusiya "Zenit"i (Peterburq) isə İspaniyada "Malaqa"nın qonağı olacaq.
[b]D qrupunda[/b] son Almaniya çempionu "Borussiya" (Dortmund) klubu evdə "Ayaks"la (Hollandiya) ilə qarşılaşacq. Madridin "Real" klubu isə doğma azarkeşləri önündə son İngiltərə çempionu "Mançester Siti" ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu axşam baş tutacaq bütün görüşlər eyni vaxtda - Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
[b]18 sentyabr[/b]
Çempionlar Liqasının qrup mərhələsinin oyunları
A qrupu
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Porto" (Portuqaliya)
23:45. PSJ (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)
B qrupu
23:45. "Monpelye" (Fransa) - "Arsenal" (İngiltərə)
23:45. "Olimpiakos" (Yunanıstan) - "Şalke" (Almaniya)
C qrupu
23:45. "Milan" (İtaliya) - "Anderlext" (Belçika)
23:45. "Malaqa" (İspaniya) - "Zenit" (Peterburq, Rusiya)
D qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Hollandiya)
23:45. "Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
[b]19 sentyabr[/b]
E qrupu
23:45. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Nordsyaelland" (Danimarka)
F qrupu
23:45. "Bavariya" (Almaniya) - "Valensiya" (İspaniya)
23:45. "Lill" (Fransa) - BATE (Belarus)
G qrupu
23:45. "Barselona" (İspaniya) - "Spartak" (Moskva, Rusiya)
23:45. "Seltik" (Şotlandiya) - "Benfika" (Portuqaliya)
H qrupu
23:45. "Braqa" (Portuqaliya) - "ÇFR Kluj" (Rumıniya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11