"Fənərbaxça" son dəqiqədə qol vurdu
Futbol üzrə Türkiyə Superliqasında IV turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub. Öz meydanında "Sivasspor"u qəbul edən "Trabzonspor" minimal hesablı qələbəyə sevinib. Halil Altıntopun matçın 59-cu dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.
Səfərdə "Akhisar Bələdiyyəspor"un qonağı olan "İstanbul BB" rəqibini darmadağın edib. Bu görüşdə 4:0 hesabı ilə qələbə qazanan İstanbul təmsilçisi xalını 7-yə çatdırıb.
"Fənərbaxça" klubu da turu qələbə ilə başa vurub. Doğma meydanında "Mersin İdmanyurdu" ilə qarşılaşan "sarı lacivərdlilər" 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Qeyd edək ki, IV tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11