Sabah Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək ?Neftçi?-?Xəzər Lənkəran? matçı həmişə olduğu kimi diqqət mərkəzindədir. ?Neftçi? ev sahibi olsa da, qonaqlar da dəstəksiz qalmayacaq. Təxminən 1000-ə yaxın azarkeşin Lənkəran klubunu dəstəkləyəcəyi gözlənilir. Bunlar müxtəlif fan klubların üzvləri və eləcə də, heç bir fan kluba aid olmayan azarkeşlər olacaq. Azarkeşlər arasında həm Lənkərandan gələnlər, həm də Bakıda yaşayanlar olacaq. Cənublu fanatlar oyunxüsusi pankartlar da hazırlayıblar ki, bunu da sabah stadionda nümayiş etdirəcəklər.