Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan Serbiyanın "Partizan" klubunun məşqçisi Bakıya gələcək. Serbiya mətbuatının məlumatına görə, "Partizan"ın məşqçisi sentyabrın 15-də Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçını izləyəcək. "Partizan"la yanaşı, "Neftçi"nin Avroliqadakı digər rəqibi İtaliyanın "İnter" klubunun məşqçisinin də Bakıya gələcəyi gözlənilir. Qeyd edək ki, "Neftçi" Avroliqada ilk matçını sentyabrın 20-də səfərdə "Partizan"a, oktyabrın 4-də isə evdə "İnter"ə qarşı keçirəcək.