Kustodio Kastro: ?Azərbaycana qarzı çox diqqətli olmalıyıq?
?Azərbaycan yaxşı komandadır. İsrailə qarşı oyunda bunun şahidi olduq. Odur ki, bu rəqibə qarşı çox diqqətli olmalıyıq?.
Bunu sabah DÇ-2014-ün seçmə qrup oyunu çərçivəsində millimizi qəbul edəcək Portuqaliya millisinin və ?Braqa?nın futbolçusu Kustodio Kastro öz ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, komandasının ancaq qələbəyə oynayacağını deyib: ?Öz komandamıza inanıram. Düzdür, şəxsən özümün bu qarşılaşmada oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçisi Paolo Bento qərar verəcək. Ancaq istənilən halda hədəfimiz ancaq və ancaq 3 xaldı?.
Futbolçu Lüksemburq üzərindəki çətin qələbəni də şərh edib: ?Biz həmin oyunda 3 xalı götürdük. Əsas olan da bu idi".
Qeyd edək ki, Portuqaliya-Azərbaycan matçı sentyabrın 11-də Bakı vaxtı ilə saat 00:15-də Braqada oynanılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11