London Yay Paralimpiada oyunları davam edir. 10-cu yarış günündə daha iki Azərbaycan idmançısı növbəti sınağına çıxıb. Oleq Panyutin və Vladimir Zayets üçtəkanla tullanmada qüvvəsini sınayıblar. 15,02 nəticə göstərən Panyutin olimpiadanın qızıl medalına sahib çıxıb. Zayeç isə 15,01 nəticə ilə gümüş medalla yiyələnib. Qeyd edək ki, bu Panyutinin olimpiadada ikinci qızıl medalıdır. İdmançımız "Afina-2004"ün də qalibi olmuşdu.