Tovuzda gərgin oyun: ?inter? ilk qələbəsini qazandı
Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Tovuzun ?Turan? klubu mövsümə uğursuz start verən ?İnter?lə qarşılaşıb. Matçın 35-ci dəqiqəsində "İnter" penalti zərbəsindən yararlana bilməyib. Georgi Adamiyanın vurduğu topu "Turan"ın qapıçısı Andrey Popoviç zərərsizləşdirib. Qarşılıqlı hücumların olduğu oyunun ilk hissəsində qol olmasa da, ikinci hissədə qol yağış kimi gəlməyə başlayıb.
İlk qolu rəqib vurub. 35-ci dəqiqədə penaltini yerinə yetirə bilməyən Georgi Adamiya 52-ci dəqiqədə hesabı açıb. Ev sahibi bu qolun əvəzini 74-ci dəqiqədə Salif Ballionun qolu ilə çıxıb. Lakin bərabərlik cəmi 9 dəqiqə çəkib. ?Turan? Azər Məmmədovun qolu ilə önə keçsə də, bu qoldan iki dəqiqə sonra Vladimir Levin hesaba tarazlıq gətirməklə ?İnter?ə qələbə ümidi verib. Oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə Tare Şuts qələbə topunu vurub. Beləliklə, ?İnter? mövsümdə ilk qələbəsini qazanmış olub.
Onu da qeyd edək ki, dünən nəzərdə tutulmuş ?Xəzər Lənkəran? ? ?Simurq? oyunu da təxirə salınıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11