Azərbaycanın üç futbol komandası dağılıb
Azərbaycan çempionatının I divizionunda çıxış edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda 13 komanda mübarizə aparacaq. Bunlar "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", "Bakılı", "Lokomotiv", "Şəmkir", "Tərəqqi", "Şuşa", "Energetik", MOİK, "Göyəzən", "Ağsu", "Qala" klublarıdır.
Sonuncu 2 komanda ? ?Ağsu? və ?Qala? ilk dəfə ölkə çempionatında iştirak edəcək. Bu 2 klub yeni addırsa, ötən mövsüm bu yarışa qatılan 3 iştirakçı fəaliyyətini dayandırıb.
Azərbaycan futbolunda növbəti ?ölən? klublar ?Karvan?, ?MKT-Araz? və ?Muğan? olub. Bunlar vaxtilə Premyer Liqada oynamış komandalardır. Sonuncular istisna olmaqla, digər iki komanda avrokuboklarda da çıxış edib.
Qeyd edək ki, artıq bu gün saat 16:00-da I divizionun püşkü atılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11