BATE və "Malaqa" qələbə qazandı, "Anderlext" uduzdu
UEFA Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunlarına yekun vurulub. "Neftçi" Çempionlar Liqasının III təsnifat mərhələsində yolunu kəsən İsrailin "Hapoel" (Kiryat Şmona) klubu səfərdə Belarusun BATE komandasının qonağı olub. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bu oyunla yanaşı, bu axşam daha 4 qarşılaşma keçirilib. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayıb. "Malaqa" "Panatinaikos"u, AEL "Anderlext"i, "Dinamo" (Zaqreb) isə "Maribor"u məğlub edib. "Braqa" - "Udineze" görüşü isə heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, play-off mərhələsinin cavab görüşləri bir həftə sonra - avqustun 28-29-da keçiriləcək.
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları:
23:45. BATE (Belorusiya) - "Hapoel" (Kiryat Şmona, İsrail) - 2:0
Qollar: Rodionov, 29 (1:0), 78 (2:0)
23:45. "AEL" (Kipr) - "Anderlext" (Belçika) - 2:1
Qollar: Junior, 34 (1:0), Mbokani, 62 (1:1), Migel, 72 (2:1)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Maribor" (Sloveniya) - 2:1
Qollar: Duje Kop, 10 (1:0), Badelj, 39-avtoqol (1:1), Duje Kop, 74 (2:1)
23:45. "Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya) - 1:1
Qollar: Basta, 23 (0:1), Dos Santos, 68 (1:1)
23:45. "Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0
Qollar: Demişelis, 17 (1:0), Eliseu, 34 (2:0)
21 avqust
?Bazel? (İsveçrə) - ?Kluj? (Rumıniya) - 1:2
Qollar: Streller, 44 (1:0), Sougou, 66 (1:1), 71 (1:2)
?Kopenhagen? (Danimarka) - ?Lill? (Fransa) - 1:0
Qol: Santin, 38 (1:0)
?Helsinqborq? (İsveç) ? ?Seltik? (Şotlandiya) - 0:2
Qollar: Kommons, 2 (0:1), Samaras, 75 (0:2)
?Borussiya? ( Münhenqladbax, Almaniya) ? ?Dinamo? (Kiyev, Ukrayna) - 1:3
Qollar: Rinq, 13 (1:0), Mixalik, 28 (1:1), Yarmolenko, 37 (1:2), Luk de Yonq, 82 (1:3)
?Spartak? (Rusiya) ? ?Fənərbaxça? (Türkiyə) 2:1
Qollar: Emenike, 59 (1:0), Dik Kyut, 65 (1:1), Kombarov, 69 (2:1)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11